» » » Mahir Mədətov: “İnter” sevmədiyimiz komandadır”

Mahir Mədətov: “İnter” sevmədiyimiz komandadır”


“İnter”ə qarşı oynamaq həmişə çətin olub. Sevmədiyimiz komandadır, çünki çox sıx müdafiə olunurlar”. 


ucarliyiq.biz-in məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının VIII turunda “İnter”ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.


Gənc forvard paytaxt təmsiçisini belə xarakterizə edib: “Əks-hücumlara çox üstünlük verirlər. Matç ərzində taktiki dəyişikliklər edirlər. Ona görə də bir az çətinliyimiz oldu. Ancaq sonda qələbə qazana bildik. İkinci qolda da rəqib hücuma keçən zaman müdafiədə boşluqlar verdi. Biz isə fürsətdən istifadə edib növbəti qolu vurduq. Rəqibin kimliyindən asılı olmayaraq, biz hər zaman pressinq etməyi sevən komandayıq. “İnter”ə qarşı özümü narahat hiss edirdim. Çox sıx oynayırlar. Mən isə belə oyunu sevmirəm. Baş məşqçimiz mənə öz tapşırıqlarını verirdi. Birinci hissədə elə də yaxşı oynamadım, ancaq fasilədən sonra oyunum düzəldi. Əsasən, cinahlarda oynamağa üstünlük verirəm. Uşaqlıqdan bu mövqedə oynamışam".


Mədətov oktyabrın 18-də Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Atletiko” ilə qarşılaşacaqları oyun haqda da danışıb: “Sabahdan etibarən “Atletiko” ilə matça hazırlaşacağıq. Doğma meydanda oynayacağıq. Ev oyunlarında özümüzə daha çox inanırıq. Bizi maraqlı oyun gözləyir. “Atletiko”nun futbolçularının ustalıq səviyyələri hamıya bəllidir. Ancaq onlardan çəkinmirik".

scroll top