» » » Azərbaycandan DƏHŞƏTLİ HADİSƏ: 10 yaşlı oğlan zorlandı

Azərbaycandan DƏHŞƏTLİ HADİSƏ: 10 yaşlı oğlan zorlandı

Azərbaycandan DƏHŞƏTLİ HADİSƏ: 10 yaşlı oğlan zorlandı

Azyaşlı valideynlərinə nə danışdı?

Rus əsilli gəncə təcavüz etməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1999-cu il təvəllüdlü Çingiz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Çingiz Kərimli 2014-cü ili aprelində yaşadığı Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisindəki Neft Baza adlanan yerdə azyaşlı rus əsilli oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

Döymə və zorakılıq

O, 2005-ci ildə anadan olan Andrey Sibizovu (ad və soyad şərti verilib -H. Z.) aldadaraq neft baza adlanan yerə gətirib. Orada azyaşlıya zorakılıq göstərərək, onunla cinsi əlaqədə olmaq istəyib.

Amma Andrey Sibizov buna etiraz edib. Bu zaman Çingiz Kərimli azyaşlını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Hədə-qorxu

Sonra Çingiz Kərimli zorla azyaşlı ilə əvvəlcə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra o, azyaşlıya qarşı seksual xarakterli əxlaqsız hərəkətlərini davam etdirib.

Bundan sonra Çingiz Kərimli azyaşlıya hədə-qorxu gələrək, baş verən hadisə barədə heç kimə bir söz deməməyi tapşırıb. Əks halda onu döyəcəyi, öldürəcəyi ilə hədələyib.
Çingiz Kərimli başqa zamanda azyaşlını Daşburun dəmir yolu stansiyasına gətirib. Orada vaqonların arasında Andrey Sibizovla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Azyaşlı valideynlərinə nə danışdı?

Çingiz Kərimli bu dəfə də Andrey Sibizova hədə-qorxu gəlsə də, nəticəsi olmayıb. Andrey baş verən hadisə barədə valideynlərinə danışıb. Valideynlər isə hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Çingiz Kərimli həbs edilib.

Çingiz Kərimli Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

8 il cəza

Hakim heyəti cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, hadisənin şahidlərini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Çingiz Kərimli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxsin vəkili də apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini xahiş edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Prosesdə təqsirlıəndirilən şəxsin vəkili vəsatətlı çıxış edib. O, apelyasiya şikayətinə sübutların araşdırılması ilə baxılmasını istəyib. Amma hakimlər vəsatəti təmin etməyib. Apelyasiya şikayətləri məhkəmə istintaqı aparılmadan qapalı keçirilən prosesdə araşdırılması qərara alınıb.

Interesting facts scroll top