» » » Bakıda dəhşətli İNTİHAR: 4 nəfər...

Bakıda dəhşətli İNTİHAR: 4 nəfər...

Bakıda dəhşətli İNTİHAR: 4 nəfər...

Bir gecədə Bakıda 4 kişi intihar edib.
İntiharlardan biri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Zaur Hacıyev yaşadığı evdə özünü asıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü ölüm həddinə çatdırma) cinayət işi başlanıb. (report)
İkinci intihar Sabunçu rayonunda yaşanıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Babayev Kamal Aslan oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və spirtli içki aludəçisi olduğu bildirilir.
Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Derenov Vyaçeslav Vladimiroviç də bu gecə intihar edib. Onun tanışına məxsus həyət evində özünü asdığı bildirilir. Rus əsilli Azərbaycan vətəndaşı olan V.Derenov keçən il həyat yoldaşından boşanıb və maddi çətinliklərlə mübarizə aparırmış. O, məhkəmənin təyin etdiyi alimenti ödəyə bilmədiyi üçün özünü asıb.
Sonuncu intihar hadisəsi Xətai rayonunda baş verib. Zığ yolu, ev 40, mənzil 83-də yaşayan 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Mənbə: lent.az

scroll top