» » » Polis külli miqdarda narkotik müsadirə etdi- FOTO

Polis külli miqdarda narkotik müsadirə etdi- FOTO

Respublikanın daxili işlər orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsin ifşa edilməsi ilə nəticələnən növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
ucarliyiq.biz DİN-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.


Interesting facts scroll top