» » » "Kofeni üstümə töküb, bakalı başıma vurdu" - 2 dost kafedə döyüldü - VİDEO – FOTO

"Kofeni üstümə töküb, bakalı başıma vurdu" - 2 dost kafedə döyüldü - VİDEO – FOTO

"Kofeni üstümə töküb, bakalı başıma vurdu" - 2 dost kafedə döyüldü - VİDEO – FOTO
Göygöldə kafedə kütləvi dava qeydə alınıb. 
ucarliyiq.biz ARB TV-yə istinadən xəbər verir ki, nəticədə Şəmkir rayon sakinləri - 34 yaşlı Yusif Rəhimov və həmyaşıdı Zülfüqar Əliyev ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi xəstəxanasınının tavmatologiya şöbəsinə yerləşdiriliblər. 
Onlara tibbi yardım göstərilib və stasianar müalicə üçün palataya yerləşdiriliblər. Zərərçəkənlərin dediyinə görə, Gəncədən Şəmkirə gedərkən yolda Göygöl rayonu ərazisində olan kafelərdən birində kofe içmək istiyiblər.
Lakin kafeni işlədən şəxslə mübahisə yaranıb, bu zaman həmin şəxs və dostları Yusiflə Zülfüqarı döyüblər. 
Zülfüqar Əliyev (zərərçəkən): "Kofe içmək istədik, söhbətimiz oldu. Dedi ki, kafeni artıq bağlayırıq. Yanındakı dostu da söhbətə qarışdı. Dedim, Allah canınızı sağ eləsin. Oturanda kofeni üstümə tökdü, yanındakı bakalı başıma vurdu. Kafe sahibi və dostları bizi döydülər".



Interesting facts scroll top