» » » Azərbaycanda tanınmış alim oğlunun məhkəməsi başladı - FOTO

Azərbaycanda tanınmış alim oğlunun məhkəməsi başladı - FOTO

Azərbaycanda tanınmış alim oğlunun məhkəməsi başladı - FOTO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə iclasında zərərçəkmişlərdən biri Nailə Nəsirova 40 min manat məbləğində zərər dəyidiyini bildirib. O, zərərin ödənilməsini tələb edərək, növbəti məhkəmə iclasında mülki iddia qaldıracaqlarını söyləyib.
Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.
İttiham aktına əsasən, "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri olmuş E.Quliyev vətəndaşlardan külli miqdarda pul alaraq, onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var. O, 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
scroll top