» » » Sabirabadda 26 kiloqramdan artıq narkotik maddə ələ keçirildi - FOTO

Sabirabadda 26 kiloqramdan artıq narkotik maddə ələ keçirildi - FOTO

Sabirabadda 26 kiloqramdan artıq narkotik maddə ələ keçirildi - FOTO
Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının iyun-iyul ayları ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 26 kiloqram 522 qram müxtəlif xassəli narkotik maddələr çıxarılıb.
Bu barədə ucarliyiq.biz-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilən miqdarda narkotik maddələrin dövriyyəsi və əkilib-becərilməsi ilə məşğul olan 3 nəfər isə saxlanılaraq istintaqa təqdim edilib.
Belə ki, Sabirabad RPŞ-ə rayonun Kovlar kənd sakini Rövşən Ağayevin yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayevin evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin yardımçı otaqlarından birindən ümumi çəkisi 18 kiloqram 255 qram olan yaş və qurudulmuş formada olan marixuana aşkar olunaraq götürülüb.







scroll top