» » » Dubay-Bakı aviareysində şübhəli şəxs: ayaqqabısının içindən... - FOTO

Dubay-Bakı aviareysində şübhəli şəxs: ayaqqabısının içindən... - FOTO

Dubay-Bakı aviareysində şübhəli şəxs: ayaqqabısının içindən... - FOTO
Gömrük əməkdaşları külli miqdarda qızıldan hazırlanmış sikkə və külçələri Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən ucarliyiq.biz-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qızıl məmulatının bir qrup şəxs tərəfindən qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşları Rzayev Zakir Rauf oğlu və Qasımov Qasım Bala Nadir oğlu nəzarətə götürülüb.
Adı çəkilən vətəndaşlar gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərlərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. Onlar belə bir əşyanın olmadığını bildiriblər. Sonra həmin vətəndaşların üzərində şəxsi yoxlama aparılıb.
Z.Rzayevin üzərində şəxsi yoxlama zamanı ayaqqabısının hər bir tayının içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd sarı rəngli metaldan hazırlanmış sikkə, şalvarının ciblərində isə cəmi 4 ədəd sarı rəngli metaldan hazırlanmış külçə aşkar edilib.

scroll top