» » » Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurladılar - FOTO

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurladılar - FOTO

Sumqayıtda şirkət seyfindən 52 min dollar oğurladılar - FOTO
Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfdən 52 319 ABŞ dolları, 2652 manat və 930 avro oğurluq edən şəxslər tutulub.
Bu barədə ucarliyiq.biz-a Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən bildirilib. 
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar tutulublar.
Qeyd edək ki, MMC-dəki seyfdə külli miqdarda pul olması barədə digər dəstə üzvlərinə həmin obyektin yaxınlığında yaşayan A.Cavadov məlumat verib. Digər iki nəfəri öz avtomobili ilə həmin obyektin yaxınlığına gətirən A.Cavadov onlara oğurluq edəcəkləri ofisə haradan daxil olmaları barədə də məlumat verib.
Araşdırma zamanı məlum olub ki, Q.Əliyev və R.İbrahimov obyektə üzlərində maska, əllərində əlcəklə daxil olublar. Onlar mühasibin otağındakı seyfin qıfılını özləri ilə gətirdikləri xüsusi alətlərlə qıraraq qeyd edilən miqdarda pulu götürərək hadisə yerindən uzaqlaşıblar.





Interesting facts scroll top