» » » Sumqayıtda 7 evdən oğurluq etmiş şəxs tutuldu - FOTO

Sumqayıtda 7 evdən oğurluq etmiş şəxs tutuldu - FOTO

Sumqayıtda 7 evdən oğurluq etmiş şəxs tutuldu - FOTO
Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən fərdi yaşayış evlərindən oğurluq edən şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tərbirləri nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb. M.Əliyev istintaqa ifadəsi zamanı Sumqayıt şəhərində 7 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.
İstintaq tədbirləri zamanı müəyyən edilib ki, M.Əliyev mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurub.
Araşdırmalar zamanı M.Əliyevin Binəqədi və Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi məlum olub.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Əliyev Natiq də saxlanılıb.



Interesting facts scroll top