» » » Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu - FOTO

Bakıda metroda dava: oğlan söyüş söyən qadına şillə vurdu - FOTO

Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.
Hadisə şahidlərinin ucarliyiq.biz-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.
Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan düşürdülüb.
Interesting facts scroll top