» » » Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhrana dair xüsusi nümayəndəsi Herbert Zalber iyulun sonunda Azərbaycana səfər edəcək.

Bu barədə ucarliyiq.biza diplomatın mətbuat xidmətindən xəbər verilib.

"Yerevanda ikigünlük görüşlərdən sonra H.Zalber Brüsselə yola düşəcək və regiona səfərinin davamı kimi, iyulun sonunda Azərbaycana səfər etməyi planlaşdırır", - mətbuat xidmətindən bildiriblər.

Gözlənilən görüş çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi üzrə məsləhətləşmələr aparmaqdır.

scroll top