» » » Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirilir

Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirilir

Bakıda NATO-nun özünüqiymətləndirmə təlimi keçirilir
Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.

ucarliyiq.biz-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.

Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

scroll top