» » » Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib

Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib

Dağıstanın daxili işlər naziri Azərbaycana gəlib
Quba. 5 dekabr. Rusiya Federasiyasının Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov bu gün Azərbaycana səfərə gəlib.

ucarliyiq.biz-in Şimal bürosunun verdiyi məlumata görə, o, Qusar rayonunun Rusiya ilə sərhəddə yerləşən Samur sərhəd-keçid məntəqəsində qarşılanıb.

A.Maqomedov və onu müşayiət edən şəxslər sərhəddən Bakıya yola düşüblər. Səfərin rəsmi və ya qeyri-rəsmi olması barədə açıqlama verilməyib.

Xatırladaq ki, Dağıstanın daxili işlər naziri Abdulrəşid Maqomedov bu il oktyabrın 22-də Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclasında da iştirak edib.

scroll top