» » » Amerikalı ekspert: "Yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır"

Amerikalı ekspert: "Yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır"

Amerikalı ekspert: "Yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsinin həlli ehtimalı azdır"
Vaşinqton. 3 noyabr. "Regionda münaqişələrin yaşanmasında və mövcud vəziyyətin qorunmasında maraqlı olan əsas qüvvə var. Buna görə də yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox da nikbin deyiləm".

Bunu ucarliyiq.biz-in Vaşinqtona ezam olunmuş müxbirinə açıqlamasında "Atlantik Şurası" analitik mərkəzinin transatlantik əlaqələr proqramının direktoru Frensis Barvell (Frances Burwell) deyib.

Onun sözlərinə görə, regionda qeyri-sabitlikdə maraqlı olan əsas güc Rusiyadır.

Xanım F.Barvell NATO və Avropa İttifaqının diqqətinin hazırda başqa məsələlərə yönəldiyini qeyd edib: "Hazırda Avropanın üzləşdiyi problemləri nəzərə alsaq, Aİ yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli iqtidarında deyil", - deyə o vurğulayıb.

scroll top