» » » Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərə qrant verə biləcək

Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərə qrant verə biləcək

Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki şəxslərə qrant verə biləcək
Kənd Təsərrüfatı Nazirliyi də Azərbaycanda hüquqi və fiziki şəxslərə qrant verə biləcək.

ucarliyiq.biz-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

scroll top