» » » Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlər 8 min manat cərimələnəcək

Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlər 8 min manat cərimələnəcək

Azərbaycanda qanunsuz miqrasiya təşkil edənlərin 8 min manat cərimələnməsi təklif olunur.

ucarliyiq.biz-in xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə görə 4 min manatdan 8 min manatadək cərimə olunur. Hazırki qanunvericiliyə görə bu məbləğ 2 min manatdan 5 min manatadəkdir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

scroll top