» » » Tel-Əviv Universitetinin professoru "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

Tel-Əviv Universitetinin professoru "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub

Tel-Əviv Universitetinin professoru "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Tel-Əviv Universiteti Geofizika kafedrasının professoru, İsrail-Azərbaycan Ticarət Sənaye Palatasının üzvü Lev Eppelbaum “Ermənistan-Azərbaycan Sülh Platforması” na qoşulması haqqında bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir: "Bu gün necə olursa olsun, sülh bizim sabahımızdır. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm.

Ermənilər və azərbaycanlılar əsrlər boyu sülh içində yaşayıblar. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd edirəm. İnsanların sülh şəklində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu sülh Cənubi Qafqaz regionunda da bərqərar olacaq.

Yuxarıda qeyd olunan səbəblərə görə başçılıq etdiyim təşkilat adından bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

scroll top