» » » Marneulidə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı olub

Marneulidə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı olub

Marneulidə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı olub
Tbilisi. 12 aprel. REPORT. AZ/ Bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı olub.

ucarliyiq.biz-in Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açdıqdan sonra, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən danışan natiq deyib ki, bu gün hər iki ölkənin ərazisi işğal olunub. O, hər iki ölkənin torpaqlarının tezliklə azad olunacağına əminliyini ifadə edib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı, tarixə 4 günlük müharibə kimi düşən bu film, əslində Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi.

Sonra filmin nümayişi olub. Filmdə Azərbaycan Ordusunun qüdrətindən, xalqımızın mübarizlik əzmindən geniş danışılır. Filmdə Milli qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunur. Filmdə Milli qəhrəmanın 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri filmin süjet xəttini təşkil edir.

Sonra Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, gənclərdən Elşən Çobanov çıxış edib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından, ölməzliyindən danışıblar. Şəhidlərimizin əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, torpaqlarımızın işgaldan azad olunacağı xüsusi qeyd olunub.

Interesting facts scroll top