» » » Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsinin tarixi məlum olub

Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsinin tarixi məlum olub

Bakıda aprelin 25-də Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsi keçiriləcək.

ucarliyiq.biz xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Danışıqlarda iştirak etmək üçün Şərq Tərəfdaşlığı məsələləri, Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin Azərbaycana gələcək.

scroll top