» » » Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb


NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.






















Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək
scroll top