» » » Bakıda "Şərq Tərəfdaşlığı" proqramının prioritetləri müzakirə ediləcək

Bakıda "Şərq Tərəfdaşlığı" proqramının prioritetləri müzakirə ediləcək

Bakıda "Şərq Tərəfdaşlığı" proqramının prioritetləri müzakirə ediləcək
Avropa İttifaqının nümayəndə heyəti aprelin 27-28-də "Şərq Tərəfdaşlığı" proqramının prioritetlərini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə ucarliyiq.biza Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.

Səfər zamanı nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı bu ilin noyabr ayında Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti öncəsi proqramın prioritetləri müzakirə olunacaq.

Avropa İttifaqı əməkdaşlığı Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılsa da, hələlik səfərin dəqiq tarixi bəlli deyil.

Interesting facts scroll top