» » » Mariya Zaxarova: "Aleksandr Lapşin tibbi müayinədən keçirilib, məhbusun heç bir şikayəti yoxdur"

Mariya Zaxarova: "Aleksandr Lapşin tibbi müayinədən keçirilib, məhbusun heç bir şikayəti yoxdur"

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı Aleksandr Lapşinin həbsi ətrafındakı vəziyyəti izləməyə davam edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, onun işi üzrə istintaq davam edir.

"Lapşinin həbs müddəti iyunun 15-dək uzadılıb. Onun tərəfdən saxlanma şəraitindən heç bir şikayət olmayıb. Qohumlarının Lapşinin sağlamlığının pisləşməsi ilə bağlı narahatlığı istintaq təcridxanasının rəhbərliyinə çatdırılıb. Səfirliyinin təkidli xahişi ilə o, tibbi müayinədən keçirilib. Ümumilikdə vəziyyətdə nəzarət altında saxlayırıq" - XİN sözçüsü vurğulayıb.

XİN rəsmisi həmçinin daha əvvəl Bakıda saxlanılmış erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun vəziyyətinə aydınlıq gətirib. M.Zaxarovanın sözlərinə görə, onun işi üzrə ilk məhkəmə iclası aprelin 13-nə təyin edilib: "Məhkəmə iclasında Rusiya səfirliyinin əməkdaşları iştirak edəcəklər".

Interesting facts scroll top