» » » Elmar Məmmədyarov Xorvatiyaya Dağlıq Qarabağ münaqişəsindəki tutduğu mövqeyə görə təşəkkür edib

Elmar Məmmədyarov Xorvatiyaya Dağlıq Qarabağ münaqişəsindəki tutduğu mövqeyə görə təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı" ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Davor İvo Stier ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, D.İ.Stier dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının məmnunluq doğurduğunu, xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. D.İ.Stier həmçinin mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

E.Məmmədyarov enerji sahəsində əməkdaşlığa toxunaraq, TAP layihəsi barəsində yeniliklərlə D.İ.Stieri məlumatlandırıb. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirən Azərbaycanın XİN başçısı bu xüsusda dəniz gəmiçiliyi, gəmi quraşdırma, eləcə də dərman istehsalı sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb.

Bu ilin mayın 4-6-da Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunda Xorvatiyadan olan nümayəndələrin iştirakına ümidvar olduğunu bildirib.

Azərbaycanın naziri Xorvatiya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür etdi.

scroll top