» » » Səfir: "ABŞ-Azərbaycan münasibətlərində əsas məsələ iki xalqın birgə işindən ibarətdir"

Səfir: "ABŞ-Azərbaycan münasibətlərində əsas məsələ iki xalqın birgə işindən ibarətdir"

"Ötən 25 il ərzində ABŞ Azərbaycana 1,3 mlrd. dollar məbləğində maliyyə yardımı edib.

ucarliyiq.biz-in məlumatına görə, bunu iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyinə həsr edilmiş tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Onun sözlərinə görə, bu vəsait münaqişədən əziyyət çəkən, yeni sahibkarlıq müəssisələri açmaq niyyətində olan, sahibkarlıq fəaliyyətinə qoşulmaq istəyən insanlara yönəldilib.

R.Sekuta deyib ki, ABŞ-Azərbaycan münasibətlərində əsas məsələ iki xalqın birgə işindən ibarətdir.

Səfir qeyd edib ki, rəsmi Vaşinqton enerji resurslarının diversifikasiyası məsələlərində hər zaman Bakını dəstəkləyib.

R.Sekuta həmçinin vurğulayıb ki, ötən 25 il ərzində müxtəlif mübadilə proqramları çərçivəsində 6 000 azərbaycanlı ABŞ-da təhsil alıb.

scroll top