» » » Səfir: "Almaniya və Azərbaycan 25 il ərzində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm təməl yaradıb"

Səfir: "Almaniya və Azərbaycan 25 il ərzində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm təməl yaradıb"

"Almaniya və Azərbaycan 25 il ərzində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm təməl yaradıb."

ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

"Almaniya Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra diplomatik əlaqələr qurub" - M.Kindsqrab bildirib.

O, Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Ziqmar Qabrielin Azərbaycan Prezidentinə təbrik məktubu göndərdiklərini və məktublarda ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirildiyini xatırladıb.

"Əla iqtisadi və mədəni əlaqalərimiz var. İki ölkə arasında münasibətlərin inkişafında humanitar əlaqələr böyük rol oynayır", - diplomat vurğulayıb.

Interesting facts scroll top