» » » BƏƏ-nin Azərbaycandakı səfirliyi XİN tərəfindən mükafatlandırılıb

BƏƏ-nin Azərbaycandakı səfirliyi XİN tərəfindən mükafatlandırılıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi BƏƏ-nin Xarici İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, diplomatik missiya BƏƏ XİN-in fərqlənmə mükafatı ilə təltif edilib.

Səfirlik il ərzində göstərdiyi effektiv fəaliyyətə və Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrinə görə mükafata layiq görülüb.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysiyə mükafatı Abu-Dabi şəhərində bu ölkənin xarici işlər naziri Ənvər Qarqaş təqdim edib.

Interesting facts scroll top