» » » Siyavuş Novruzov Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsini təklif edib

Siyavuş Novruzov Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsini təklif edib

“Əsas şəffalığın olmasıdır. Müxtəlif sahələrdə qanun, maliyyə pozuntularının olması ilə büdcəyə ziyan dəyir”

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı deyib.

S.Novruzov qeyd edib ki, vəsaitlərin geri qaytarılması ali şərtlərdən biridir: “Cəza nə qədər sərt olur-olsun, mənimsənilən maliyyə geri qayıtmırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Bunun üçün də struktur dəyişikliyinə ehtiyac var. Biz gözləyirik ki, kimsə qanunu pozsun, mənimsəmə olsun, sonra tədbir görək. Hesablama Palatasına səlahiyyət verməliyik ki, bununla bağlı tədbirlə görsün”.

scroll top