» » » Elmar Məmmədyarov İtaliyaya rəsmi səfər edəcək

Elmar Məmmədyarov İtaliyaya rəsmi səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltadan sonra İtaliyaya rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun italiyalı həmkarı və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

XİN başçısı Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunan foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcəkdir.

scroll top