» » » Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyası “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub

Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyası “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub

Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyası “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub
Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Vitold Olejnik “Ermənistan Azərbaycan Sülh Platforması”na qoşulub.

Platformadan “Report”a verilən məlumata görə, o, bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yeganə yoldur. Lakin bunu Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü, suverenliyi, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində etmək zəruridir. Avropa təşkilatı olaraq, biz bu dəyərləri bölüşür və beynəlxalq hüququn vacibliyini anlayırıq, buna görə də ATƏT-in Minsk qrupu, BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Şurası və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən rəsmi bəyanat və qətnamələrə əsaslanan platformanı dəstəkləyirəm. Bu səbəbdən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Bununla yanaşı, münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm”.

O vurğulayıb ki, ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıb: “Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb və bu böyük bir fəlakətdir. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz ümid edirik ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə vəziyyətində olan iki xalq arasında mehriban dostluq münasibətlərinin yaradılmasına öz töhfəsini verəcək və sədr olaraq bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm”.

Interesting facts scroll top