» » » "Diplomatik Courier": Vaşinqton regionda öz təsirini genişləndirmək üçün Bakı ilə münasibətləri gücləndirməlidir

"Diplomatik Courier": Vaşinqton regionda öz təsirini genişləndirmək üçün Bakı ilə münasibətləri gücləndirməlidir

Azərbaycan mühüm müttəfiqlərlə münasibətlərin bərpası və Avropanın enerji təhlükəsizliyinin təminatı məsələlərində ABŞ-ın mühüm tərəfdaşıdır.

“Report” xəbər verir ki, bu barədə “Diplomatic Courier”də çap olunmuş Daniel Urçikin "Sərfəli sərmayə: ABŞ-Azərbaycan münasibətlərinin gücləndirilməsi" adlı məqaləsində yazılıb.

"ABŞ regionda ABŞ-ın təsirini maksimal dərəcədə genişləndirilməsi üçün Azərbaycan ilə əlaqələri nəinki davam etdirməli, həmçinin diplomatik, iqtisadi əlaqələri və təhlükəsizlik münasibətlərini gücləndirməlidir", - müəllif qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana fokuslanması üçün bir çox səbəbləri var - Rusiya ambisiyalarına birbaşa və İran ambisiyalarına dolayı müqavimət göstərməkdən pozulmuş Türkiyə-İsrail əlaqələrini yaxşılaşdırmaq məqsədi ilə enerji təhlükəsizliyini qurmağa qədər.

D.Urçik Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, iqtisadi və təhlükəsizlik məsələlərində Azərbaycana artırılan dəstək Moskvanının cəlb edildiyi münaqişə zonalarının birində hərbi balansı dəstəkləmək üçün Rusiyanı qiymətli resursları sərf etməyə məcbur edəcək.

"Əgər ABŞ-ın Azərbaycana dəstəyinin artırılması zamanı Rusiya Ermənistana dəstək verməsə, bu, onun mühüm və güclü himayədar kimi qlobal imicinə toxunacaq”, - məqalədə vurğulanıb.

Müəllif hesab edir ki, Bakı-Moskva dostluğunun əhəmiyyətli irəliləməsi faktı arzuolunmaz olsa da, ABŞ xarici siyasət büdcəsinin məhdudluğuna baxmayaraq, Azərbaycan ilə münasibətə dəyər verdiyini nümayiş etdirərək Azərbaycanı Rusiyanın siyasi orbitinə cəlb etməsinin qarşısını alacaq.

Müəllif yazıb ki, Azərbaycan Rusiya və İrana birbaşa və dolayı müqavimət, mühüm müttəfiqlərlə münasibətlərin bərpası və Avropanın enerji təhlükəsizliyinin təminatı məsələlərində ABŞ-ın mühüm tərəfdaşıdır.

Interesting facts scroll top