» » » Azərbaycan səfiri Yaponiyanın "Komeyto" Partiyasının sədri ilə görüşüb

Azərbaycan səfiri Yaponiyanın "Komeyto" Partiyasının sədri ilə görüşüb

Azərbaycan səfiri Yaponiyanın "Komeyto" Partiyasının sədri ilə görüşüb
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyanın "Komeyto" Partiyasının sədri, Müşavirlər Palatasının (parlamentin yuxarı palatası) üzvü Natsuo Yamaquçi ilə görüşüb.

ucarliyiq.biz Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən xəbər verir ki, görüş partiya qərargahında keçirilib.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələr və onların inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, "Komeyto" Partiyası Yaponiyanın Müşavirlər Palatasında 25 mandata malikdir.

scroll top