» » » Səfir: "Küveyt BMT və İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qərarları dəstəkləyir"

Səfir: "Küveyt BMT və İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qərarları dəstəkləyir"

Səfir: "Küveyt BMT və İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qərarları dəstəkləyir"
"Küveyt BMT və İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bütün qərarları dəstəkləyir".

Bunu ucarliyiq.biza Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib.

Səfir Küveyt və Azərbaycan arasında diplomatik əlaqələrin 1994-cü ilin oktyabrın 10-da yaradıldığını, bundan sonra isə dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində səylərin artırıldığını xatırladıb: "2009-cu ilin fevralın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə rəsmi səfərindən sonra ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə daha da intensivləşib. Hazırda iki ölkə arasında siyasi sahədə əlaqələr yüksək səviyyədədir".

E.Qəhrəman həmçinin iki ölkə arasında turizm sahəsində əlaqələrin əvvəlki illərə nisbətdə dəfələrlə artdığını bildirib. Turizmin Azərbaycanın qeyri-neft sektorunun vacib sahələrindən biri olduğunu vurğulayan səfir əlavə edib ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Küveytə səfəri zamanı mədəniyyət və turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də iki ölkənin turizm potensialının öyrənilməsi üçün KİV və turizm şirkətlərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə dair razılıq əldə olunub.

Eyni zamanda, diplomat Azərbaycan məhsullarının Küveyt bazarına çıxarılması ilə bağlı görülən işlər haqqında məlumat verib. E.Qəhrəman iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayə və turizm, xüsusilə də kənd təsərrüfatı sahələrində əlaqələrin istənilən səviyyəyə çatdırılması üçün birbaşa hava nəqliyyatının, birbaşa daşınmaların olmasının zəruriliyini qeyd edib: "Azərbaycanda istehsal olunan kənd təsərrüfatı malları, təbii şirələr artıq Küveyt bazarlarında satılır. 2011-ci ildə Küveytdə təsis olunmuş “Küveyt-Azəri” Ticarət Müəssisəsi Azərbaycanın Qəbələ şəhərində meyvə şirəsinin istehsalı ilə məşğul olan zavodla ticarət müqaviləsi bağlayıb. Bu müəssisə həmçinin 2017-ci ilin yanvar ayında Küveytdə ilk Azərbaycan restoranını açıb".

Səfir həmçinin Dubayda keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində əldə olunan razılıq, Azərbaycan məhsullarının Körfəz ölkələrində fəaliyyət göstərən və regionun ticarətində önəmli yeri olan "Lulu" marketlər şəbəkəsində də satışının həyata keçiriləcəyi barədə xatırladıb: "Artıq bir ay olar ki, Küveytdə fəaliyyət göstərən “Lulu” marketlər şəbəkəsində Azərbaycanın istehsalı olan almalar satılır. Yaxın günlərdə orada digər məhsullarımızın da satışa çıxarılması gözlənilir".

Interesting facts scroll top