» » » “The Caucasus Interface” təşkilatı “Ermənistan Azərbaycan Sülh Platforması” ilə birgə əməkdaşlığa dair razılığa gəlib

“The Caucasus Interface” təşkilatı “Ermənistan Azərbaycan Sülh Platforması” ilə birgə əməkdaşlığa dair razılığa gəlib

“The Caucasus Interface” təşkilatı “Ermənistan Azərbaycan Sülh Platforması” ilə birgə əməkdaşlığa dair razılığa gəlib
“Ermənistan Azərbaycan Sülh Platforması”nın həmkoordinatorları Orxan Nəbiyev və Süzan Caginyan, Sülh Platformasının üzvü olan “The Caucasus Interface” təşkilatının sədri Mişel İvor arasında görüş keçirilib.

Bu barədə “Report”a platformanın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Sülh Platformasının gələcək planları müzakirə olunub.

Həmkoordinatorlar qonağı Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında daha ətraflı tanış ediblər. Görüş zamanı tərəflər ümumi əməkdaşlığa dair razılığa gəliblər.

M.İvor özü və sədri olduğu təşkilatın adından Platformanın sülh qurucu fəaliyyətini dəstəklədiyini və bu sahədə öz imkanlarını səfərbər edəcəyini vurğulayıb.

Görüşün sonunda həmkoordinatorlar “The Caucasus Interface” təşkilatının sədri Mişel İvoru “Ermənistan Azərbaycan Sülh Platforması”nın Belçika üzrə Sülh Səfiri elan edib.

scroll top