» » » Səfir: "Nasist Almaniyasına qarşı mübarizə aparmış azərbaycanlıların cəsarətini alqışlayıram"

Səfir: "Nasist Almaniyasına qarşı mübarizə aparmış azərbaycanlıların cəsarətini alqışlayıram"

"Bir israilli olaraq, Azərbaycan xalqına xüsusi hörmət və minnətdarlığımı çatdırıram".

“Report”un məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav 9 May – Qələbə Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı mesajda deyib.

Onun sözlərinə görə, nasist rejiminin devrilməsi uzun illər ərzində böyük güc və qurbanlar nəticəsində mümkün olub: “Nasist Almaniyanın üzərində qələbədə azərbaycanlıların rolu böyük olub. Yüz minlərlə azərbaycanlı Avropanın bir çox hissəsində cəsarətlə mübarizə aparıb. 320 min azərbaycanlı döyüş meydanından qayıtmayıb. Mən onların cəsarətini alqışlayıram”.

scroll top