» » » Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu: "Davanı başladanlar ermənilər olub"

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu: "Davanı başladanlar ermənilər olub"

Moskva. 10 may. Sankt-Peterburqda keçirilən "Ölməz alay" aksiyasında baş verən davada xəsarət alan azərbaycanlılar xəstəxanadan evə buraxılıblar.

Bu barədə ucarliyiq.bizun Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildiriblər.

Baş konsulluqdan qeyd ediblər ki, yürüş zamanı davanı başlayanlar ermənilər olub.

Baş konsulluqdan verilən məlumata görə, hadisə nəticəsində 3 azərbaycanlı xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Müsahib davada iştirak edən 10-dan çox azərbaycanlının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını vurğulayıb: "Baş konsulluğun əməkdaşları azərbaycanlıların aparıldığı polis bölmələrində olublar. Müvafiq izahat yazdıqdan sonra onların hamısı azadlığa buraxılıb. Eyni zamanda, xəsarət alan azərbaycanlılar tibbi müayinənin nəticələrinin də əlavə olunduğu şikayət ərizəsi ilə polisə müraciət ediblər.

"Hazırda polis davanın başladığı küçələrdə qeydə alınan videogörüntüləri araşdırı. Bu məsələ ilə bağlı polislə daim əlaqədəyik", - baş konsulluqdan bildiriblər.

scroll top