» » » Ukraynalı deputat: "Azərbaycan şirkətlərinə məxsus yük maşınlarının oğurlanmasına görə məsuliyyət daşıyanları tapıb cəzalandırmaq lazımdır"

Ukraynalı deputat: "Azərbaycan şirkətlərinə məxsus yük maşınlarının oğurlanmasına görə məsuliyyət daşıyanları tapıb cəzalandırmaq lazımdır"

"Ukraynada yalnız Azərbaycan şirkətlərinə məxsus yük maşınları cinayət əməllərinin obyekti deyil. Ukraynanın hüquq-mühafizə orqanları bu cür cinayətlərə dərhal reaksiya verməli və baş verənlərə görə cavabdeh şəxsləri məsuliyyətə cəlb etməlidir".

Bunu ucarliyiq.biza Ukrayna Ali Radasının Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi bu yaxınlarda Ukrayna ərazisində azərbaycanlı sahibkarlara məxsus yük maşınlarının yoxa çıxması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, hər bir ölkədə hüquq mədəniyyətinin səviyyəsi yalnız yaxşı və zəruri qanunların sayı ilə yox, həm də onların yerinə yetirilməsinin keyfiyyəti ilə müəyyən edilir.

"Məhz buna görə də bu faktın hərtərəfli araşdırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərliyinə deputat müraciəti etmişəm. Bu faktlar əsasında cinayət işi açılmalıdır, həqiqət üzə çıxarılmalıdır. Bu işin arxasında dayananlar Ukrayna məhkəməsi qarşısında cavab verməlidir", - deputat bildirib.

Qeyd edək ki, son aylar ərzində Ukrayna ərazisində Azərbaycanın müxtəlif şirkətlərə aid azı 10 yük maşını oğurlanıb. Son insident mayın əvvəlində Vinnitsa bölgəsində baş verib. Həmin vaxt içərisində 20 ton ət olan və "Qafqaz Konserv Zavodu"na məxsus yük maşını yoxa çıxıb.

Interesting facts scroll top