» » » Almaniya səfiri Lənkəranın iqtisadi inkişafı ilə tanış olub

Almaniya səfiri Lənkəranın iqtisadi inkişafı ilə tanış olub

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Lənkərana səfər edib.

ucarliyiq.biz səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, səfir orada ikitərəfli görüşlər keçirib.

Belə ki, o, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb və onunla rayounun xüsusilə kənd təsərrüfatı və turizm sahələrinin inkişaf potensialı haqqında ətraflı fikir mübadiləsi aparıb.

Bununla yanaşı, M.Kindsqrab Lənkəran konserv zavodunda olub və orada ona zavodun yerli meyvə və tərəvəz istehsalçıları ilə əməkdaşlığı haqqında məlumat verilib.

Səfir həmçinin "Yaşıl çay" şirkətinin alman kənd təsərrüfatı üsulu ilə fəaliyyət göstərən çay plantasıyasında şirkət sahibləri ilə çay istehsalı sahəsində inkişaf planları və artım şansları ilə əlaqədar fikir mübadiləsi aparıb.

scroll top