» » » Dövlət Komissiyası: İtkin düşmüş şəxslərə dair siyahının dəqiqləşdirilməsi yekunlaşmaq üzrədir

Dövlət Komissiyası: İtkin düşmüş şəxslərə dair siyahının dəqiqləşdirilməsi yekunlaşmaq üzrədir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilən vəzifələrin icrası məqsədi ilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir.

Bu barədə ucarliyiq.biza Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı ilə bağlı Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlar qısa müddətdə İşçi qrupuna məlumat verməlidirlər.

scroll top