» » » DİN-in qadın əməkdaşı dünya çempionu olub

DİN-in qadın əməkdaşı dünya çempionu olub

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən gizir Günay Əliyeva Ukraynanın Xarkov şəhərində təşkil olunan Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.

Bu barədə ucarliyiq.biza DİN-in mətbuat xidmətindən bildirilib.

Artıq 12 ildir idmanın karate növü ilə məşğul olan hərbi qulluqçu “birinci dan qara kəmər” ustasıdır. 2008-ci ildə Asiya çempionu adını qazanan G.Əliyeva 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Zaqafqaziya çempionu adını, həmin ildə Ukraynada keçirilən dünya çempionatında isə 3-cü yeri qazanıb. Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanıb.

scroll top