» » » Tel-Əvivdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Tel-Əvivdə Azərbaycan-İsrail diplomatik münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov mayın 14-də İsrailin paytaxtı Tel-Əviv şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, millət vəkili İsrail Knessetində keçiriləcək Azərbaycan-İsrail diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Toplantıda ikitərəfli əlaqələrin bu günü və əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Səfər mayın 16-da başa çatacaq.

scroll top