» » » Milli Məclisin komitəsi “Turizm haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edib

Milli Məclisin komitəsi “Turizm haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, parlamentin Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev deyib ki, qanun layihəsindəki ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsi ilə bağlıdır.

O qeyd edib ki, layihədəki bəzi maddələr açıq qalıb: “Ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir. Həmin yerlərdə tikintiyə icazənin nəzarət orqanı tərəfindən verilməsi mübahisə predmetidir. Bununla bağlı biz Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa gəlib müəyyənləşdirməliyik ki, sahibkarlar üçün əlavə problemlər yaranmasın, icazənin özü üçün əlavə “icazə” sənədi olmasın”.
A.Vəliyev bildirib ki, layihədə turizm ekspertizası ilə bağlı maddə kifayət qədər lakonik hazırlanmalıdır: “Layihədə Dövlət Turizm Reyestri ilə bağlı maddədə də dəyişiklik edilməlidir. Burada onlayn sistemin tətbiqi ilə bağlı müəyyən problemlər var. Yaxşı olar ki, reyestr xidmətinə onlayn müraciət olunsun və daha sonra müraciət edən şəxsin fəaliyyəti üzrə yoxlama aparılsın. Bu da müraciət edən şəxslərin fəaliyyətinin sadələşdirilməsi deməkdir”.
A.Vəliyev qeyd edib ki, qanun layihəsinin 40-cı - fövqəladə hallar zamanı tədbirlərlə bağlı maddəsi çıxarılmalıdır: "Çünki buradakı məsələlər Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsində kifayət qədər öz əksini tapıb. Bundan başqa, turistlərin və ekskursantların daşınması xidmətlərinin təşkilinin tənzimlənməsi də digər normatv hüquqlarla tənzimlənir. Ona görə bu maddəni də qısaltmaq olar".
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, Azərbaycanın turizm imkanlarının bir turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işləri aparılmalıdır: “Biz nə Fövqəladə Hallar Nazirliiynin, nə də rayon, şəhər icra hakimiyyətlərinin və digər dövlət qurumlarının səlahiyyətini əlindən alırıq. İcra haçkimiyyətləri torpaqları icarəyə verir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitlə bağlı məsələləri tənzimləyir. Bu gün bu məsələlərin hamısının turizm məhsulu kimi ortaya gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin ortaq koordinasiyası lazımdır. Bizim Türkiyədən dəvət etdiyimiz təcrübəli ekspertlər bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda rekreasiya zonalarının inkişafına nail olmaqdan ötürü tikintiyə başlamaq üçün investisiya sənədi və müəssəsinin fəaliyyəti üçün ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflmiz sahibkarların qarşısındakı maneələləri sıfıra endirəkdir. Bölgələrdə yataq yerlərinin sayını artırmaq, infrastrukturu genişləndirmək. bununla həm bölgələri inkiaşf etdirmək, həm də işsizliyi aradan qaldırmaq istəyirik”.
M.Qəhrəmanov deyib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm potensialının nədən ibarət olduğunu bilməlidir: "Bilməliyik ki, hansı ərazilərdə termal sular var, onu necə istifadə etmək olar. Bunu Mədəniyyət və Turizm Nazirliyi etmir, müvafiq qurumlar edir. Nazirlik sadəcə onu turizm məhsulu kimi təqdim edir”.

Interesting facts scroll top