» » » ATƏT PA-nın illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

ATƏT PA-nın illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sülh sazişi əldə edilməsi üçün bütün potensialından istifadə etməlidir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə iyulun 5-9-da Minskdə keçiriləcək ATƏT-in Parlament Assambleyasının illik sessiyasında siyasi və təhlükəsizlik məsələləri üzrə Baş Komitə çərçivəsində təqdim olunacaq hesabatda deyilir.

Hesabatda qeyd edilib ki, ötən ilin aprel ayında baş verən qarşıdurmalar 1994-cü ildən bəri ən ciddi gərginlik olub və son vaxtlar atəşkəsin dəfələrlə pozulması narahatlıq yaradır.

"Münaqişənin həlli məsələsində irəliləyişin olmamasına görə təəssüflənirik. Növbəti belə hərbi qarşıdurmanın qarşısını almaq üçün bütün tərəflər danışıqlar masasına qayıtmalıdır", - illik sessiyada qəbul ediləcəyi gözlənilən hesabatda deyilir.

Sessiya zamanı, həmçinin ATƏT PA üzvlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin olmadığını vurğulayaraq, tərəfləri danışıqları davam etditməyə çağıracağı qətnamənin qəbul ediləcəyi planlaşdırılır.

Interesting facts scroll top