» » » Azərbaycanda tikintiyə icazənin müddəti azaldılıb.

Azərbaycanda tikintiyə icazənin müddəti azaldılıb.

Azərbaycanda tikintiyə icazənin müddəti azaldılıb.

ucarliyiq.biz-in xəbərinə görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə tikinti obyektinin layihələndirilməsi üçün zəruri olan ilkin məlumatların əldə edilməsi, gələcək tikintinin uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi üçün ərazinin tikinti planlarının real tətbiqi, texniki şərtlərin verilməsi müddətinin azaldılması və “vahid pəncərə” prinsipi ilə tənzimlənməsi, tikinti layihələri üçün tikintiyə icazə alma müddətinin azaldılması, ekspertizası tələb olunmayan tikinti layihələri üçün aidiyyəti təşkilatlardan rəylərin alınması prosedurunun sadələşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, tikinti layihələrinin həyata keçirdiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artırılır. Belə ki, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdıracaq. Bundan əlavə, sifarişçilər tikintidən əvvəl müvafiq icra hakimiyyətinə müraciət edərək tikinti parametrləri barədə ilkin məlumatları əldə edə biləcəklər. Sifarişçilərin bu sorğuları 10 gün ərzində cavablandırılmalıdır.

Məcəllədə yeni məlumatlandırma sisteminin də qurulması nəzərdə tutulub. Bu sistem vasitəsilə sifarişçilər elektron qaydada, rahat şəkildə tikintiyə dair tələb olunan məlumatları əldə edə biləcəklər.

Bütün bu yeniliklər tikinti layihəsinin hazırlanmasının mümkün dərəcədə asanlaşdırılmasına, həmçinin mövcud tikinti və şəhərsalma normativlərinə uyğun aparılmasına yönəlib.

Bundan əlavə, ilkin məlumatlar əsasında layihə hazırlayan sifarişçi layihə sənədləri ilə müvafiq icra hakimiyyətin orqanına müraciət edir. Tikinti obyektləri ekspertizası tələb olunan və olunmayanlara bölünür. Hazırda hər iki kateqoriya obyekt üzrə tikintiyə icazə alma müddəti 3 ayadək uzanır. Dəyişikliklərə görə isə ekspertizası tələb olunan obyektlərə icazə 1 ay müddətində, tələb olunmayanlara isə 12 iş günü müddətində veriləcək.

Tikintiyə icazə verilərkən, hazırda aidiyyəti təşkilatlarla 15 gün ərzində razılaşdırma proseduru mövcuddur.

Dəyişikliklərə əsasən, yalnız ekspertizadan keçirilməsi tələb olunan obyektlərə dair 15 gün ərzində aidiyyəti təşkilatlarla razılaşdırılmalar aparılacaq, ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə isə bu prosedur cəmi 5 gün təşkil edəcək.

Rəyləri alınan təşkilatların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir və bu siyahıdan kənar təşkilatla razılaşdırma aparılmasına yol verilməyəcək.

Layihə bildirilib ki, bütün texniki şərtlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçinin tikintiyə icazə müraciəti əsasında “ASAN” sistemi vasitəsilə 10 gün ərzində əldə ediləcək və sifarişçiyə təqdim olunacaq.

Dəyişikliklərə əsasən, tikinti obyektinin istismarına icazə verilmə müddəti 30 gündən 20 günə endirilib. Bu müddət ərzində məsələyə baxılır və qərar qəbul edilir. Ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə icazələrin alınması xeyli sadələşib. Bundan sonra, mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində təyinatı üzrə insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən çox olmayan anbar binalarının layihələri də ekspertizadan keçirilməyəcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Interesting facts scroll top