» » » Azərbaycan XİN başçısının müavini: "Əgər iradlar olmasa Aİ ilə vizanın aradan qaldırılması ilə bağlı danışıqlara başlayacayıq"

Azərbaycan XİN başçısının müavini: "Əgər iradlar olmasa Aİ ilə vizanın aradan qaldırılması ilə bağlı danışıqlara başlayacayıq"

Sofiya. 17 may. "Biz Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini 1-2 il əvvəl imzalamışq. Hazırda bu sənədin icrası monitorinq altındadır".

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, yaxın vaxtlarda tərəflərin iştirakı ilə Rəhbər Komitənin üçüncü görüşü keçiriləcək. Nazir müavininin sözlərinə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında vizalarla bağlı məsələlərin necə həyata keçirilməsi müzakirə olunacaq:

M.Məmmədquliyev hesab edir ki, bəzi məsələlər var və onları aradan qaldırmaq lazımdır: "Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün bu məsələlər həllini tapsın və artıq Azərbaycanla Avropa İttifaqı tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar olmasa biz vizanın aradan qaldırılması ilə bağlı dialoqa, danışıqlara başlayacayıq. Danışıqlar onların hazırlayacaqları fəaliyyət planının icrası ilə bağlı olacaq. Biz həmin fəaliyyət planını icra edəndən sonra vizanı tam aradan qaldıra və vizasız rejimə keçə bilərik. Bu mütləq olacaq, amma müəyyən vaxt lazımdır”.

Interesting facts scroll top