» » » Dövlət müşaviri: "Auqsburqda keçirilən konfrans vətənsevər insanların formalaşmasında çox ciddi addım oldu"

Dövlət müşaviri: "Auqsburqda keçirilən konfrans vətənsevər insanların formalaşmasında çox ciddi addım oldu"

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfransın yekun nəticələri ilə bağlı toplantı keçirilib.

Mərkəzdən ucarliyiq.biza verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, ulu öndərin xatirəsinə gözəl bir hədiyyə kimi təqdim etdiyimiz bu konfrans ölkə rəhbərliyi tərəfindən də son dərəcə müsbət qarşılanıb: "Mən elə güman edirəm ki, bu konfransı reallaşdırmaqla biz Azərbaycan multikulturalizminin siyasi banisi olan ulu öndərin ruhu qarşısında olan mənəvi borcumuzun kiçik bir hissəsini bu şəkildə ödəmiş olduq. Faktiki olaraq bizim mənəvi cəhətdən yüksək sayılan bütün işlərimizin əsas məqsədi ondan ibarətdir ki, bu gün və gələcəkdə harda olmalarından asılı olmayaraq Azərbaycanla bağlı bizdən əvvəl bizim dostlarımız öz səsini ucaltsın, bizim dərdlərimizdən, problemlərimizdən, layihələrimizdən bizim dostlarımız söz açsın. Biz artıq bunun elementlərini görürük. Auqsburqda keçirilən bu konfrans faktiki olaraq həmən o insanların formalaşmasında çox ciddi bir addım oldu. Sabah bu gənclər Azərbaycanla bağlı hər hansı bir istiqamətdə hər hansı bir provakasiyaya cavab verməyə hazır olan insanlardır. Bu istiqamətdə görülən işlər Azərbaycanın gələcəyinin daha da möhkəm, cəsarətli və ləyaqətli olmasına doğru atılan bir addımdır. Bu tədbir öz- özlüyündə ulu öndərə olan məhəbbətin ifadəsi idi. Amma ulu öndərin də böyüklüyü həm də ondadır ki, biz ondan çıxış edərək Azərbaycanın dostlarının daha da yaxınlaşmasına doğru növbəti siyasi-ideoloji bir addım atdıq”.

Interesting facts scroll top