» » » Macarıstanın ölkəmizdəki səfiri: "Naxçıvan kimi abad şəhərə Avropada nadir hallarda rast gəlinir"

Macarıstanın ölkəmizdəki səfiri: "Naxçıvan kimi abad şəhərə Avropada nadir hallarda rast gəlinir"

Macarıstanın ölkəmizdəki səfiri: "Naxçıvan kimi abad şəhərə Avropada nadir hallarda rast gəlinir"
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.

ucarliyiq.biz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasif Talıbov qonağı salamlayaraq onun Naxçıvana səfərindən məmnunluğunu ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən İmre Laslotski ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib, Naxçıvana səfərini ikitərəfli münasibətlərin nəticəsi kimi dəyərləndirib. Naxçıvan kimi abad və təmiz şəhərə Avropada nadir hallarda rast gəlindiyini diqqətə çatdıran diplomat muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını və əməkdaşlıq üçün yaxşı perspektivlər açdığını bildirib.

Ali Məclisin sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkənin əsas ərazisindən ayrı düşdüyünü diqqətə çatdırıb, muxtar respublikanın keçdiyi inkişaf yolu haqqında qonağa məlumat verib. Xalqlarımız arasındakı tarixi bağlılıqdan danışan Ali Məclisin sədri bu gün Azərbaycan-Macarıstan əlaqələrinin strateji xarakter daşıdığını bildirib, muxtar respublika ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Söhbət zamanı həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

scroll top