» » » XİN başçısının müavini: “Brüssel sammitində Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənədin qəbuluna çalışacağıq”

XİN başçısının müavini: “Brüssel sammitində Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənədin qəbuluna çalışacağıq”

XİN başçısının müavini deyib ki, “Şərq tərəfdaşlığı” sammitində Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənədin qəbul olunması vacibdir: “Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlər edilməməsi, iqtisadi-ticarət fəaliyyəti aparılmaması ilə bağlı sənəd qəbul edildi. Azərbaycan tərəfinin isə bir neçə dəfə bu məsələni qaldırmasına baxmayaraq hələlik heç bir nəticə yoxdur. Hazırda belə bir sənədin qəbul olunması üçün bir çox ölkələrlə işləyirik. Ancaq hər şey Avropa İttifaqından asılıdır. Bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin qadağan olunması ilə bağlı sənəd qəbul etməsi zəruridir. Ona görə də “Şərq Tərəfdaşlığı” sammitində belə bir sənədin qəbul olunmasına çalışacağıq”.
scroll top