» » » Bakıda Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd olunub

Bakıda Atatürkü Anma, Gənclik və İdman bayramı qeyd olunub

Bakıdakı "Anadolu" liseyində Türkiyənin milli bayramını - Atatürkü Anma, Gənclik və İdman Günü qeyd olunub.

ucarliyiq.biz xəbər verir ki, tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu bayram tarixi, müasir Türkiyə Respublikasının qurulmasında gənclərin rolu, eləcə də hökumətin gənclər siyasəti barədə danışıb.

Ardından lisey şagirdlərinin ifasında müxtəlif çıxışlar olub, eləcə də Türkiyə təamlarının təqdimatı keçirilib.

scroll top