» » » Lüksemburqda "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Lüksemburqda "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

Lüksemburqda "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü keçiriləcək

İyunun 19-da Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramı üzrə nazirlər səviyyəsində iclas keçiriləcək.

ucarliyiq.biz xəbər verir ki, Avropa İttifaqı və bu proqrama daxil ölkələrinin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıqla məşğul olacaqlar.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.

Əlavə edək ki, "Şərq tərəfdaşlığı"nın 4-cü sammiti 2015-ci il mayın 21-22-də Riqada keçirilib.

scroll top